5 il ABŞ zindanında yatan, Əsədi devirən Əl-Culani kimdir? - DOSYE

5 il ABŞ zindanında yatan, Əsədi devirən Əl-Culani kimdir? - DOSYE
Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda "Əl-Qaidə”yə qoşulub. 2006-cı ildə ABŞ-ın silahlı qüvvələri onu həbs ediblər. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. Onun bioqrafiyasının bu hissəsi kifayət qədər qaranlıqdır (İnsaf naminə deyək ki, qalan hissələri də göz qamaşdırmır).

Miq.az xəbər verir ki, 2012-ci ildə azadlığa çıxandan sonra "Əl-Qaidə”nin Suriya bölməsi olan "Cəbhət ən-Nüsra”nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.

"Cəbhət ən-Nüsra” qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən, İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.

2016-cı ildə Əl-Culani "Əl-Qaidə” ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla "Cəbhət Fəth əş-Şam” təşkilatını qurur. 2017-cil ildə İdlibdə "Həyat Təhrir əş-Şam” adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi. 2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni "İslam Dövləti” yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.

O özünü radikal islamçı saymır. Nəzarət etdiyi ərazilərdə qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir (azvision.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az