500 manatlıq əsginazı hazırlayan danışdı - Foto

500 manatlıq əsginazı hazırlayan danışdı - Foto

Bir neçə gündür sosial şəbəkələrdə paylaşılan 500 manatlıq əsginazın dizayneri mənəm. Sözün düzü, onun bu qədər marağa səbəb olacağını düşünmürdüm.

Bu sözləri Kult.az-a qrafik dizayner, rəssam Rəsul Həsən üzərində Şuşa qalası və Qarabağ atının əks olunduğu 500 manatlıq əsginaz hazırlaması haqda danışarkən deyib.

O bildirib ki, 500 manatlıq əsginaz bir müştərisinin sifarişi olub:

"500 manatlıq əsginaz eskiz halında idi. Bunu bir müştərimin sifarişi əsasında hazırlamışdım. Müştərimiz suvenir hazırlamaq üçün belə bir şey sifariş vermişdi. Daha sonra sifarişi ləğv etdi. Mən də üzərində bir az da işlədim. Özüm də bəyəndim və sosial şəbəkələrdə sürətlə yayıldı.

Gələcəkdə Mərkəzi Bank dövriyyəyə 500 manatlıq əsginaz buraxmaq qərarına gəlsə, məmnuniyyətlə bu dizaynı təqdim edə bilərəm. Sosial şəbəkələrdən də gördüyüm qədərilə insanların xoşuna gəlib”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az