8 nəfər dönərdən zəhərləndi: bəzilərinin vəziyyəti ağırdır

8 nəfər dönərdən zəhərləndi: bəzilərinin vəziyyəti ağırdır

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Miq.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu Report-a açıqlamasında hadisənin ötən gün "28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verdiyini bildirib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: "Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az