2015-ci ilin I yarısında ABŞ Azərbaycandan 575 min barel neft məhsulları alıb. Bu, ötən ilin eyni dövründəkindən 6,8 dəfə çoxdur.
Bu barədə ABŞ Dövlət Energetika İnformasiyası İdarəsinin (EIA) saytı məlumat verir.
Ötən ilin eyni dövründə ABŞ Azərbaycandan 84 min barel neft məhsulları idxal etmişdi.
2014-cü ildə ABŞ Azərbaycandan 484 min barel, 2013-cü ildə 366 min barel neft məhsulları idxal edib.
Uzun fasilədən sonra (2009-cu ildən) 2012-ci ildə ABŞ Azərbaycandan neft məhsulları idxalını bərpa edib. 2008-ci ildə ABŞ-a Azərbaycandan 308 min barel neft məhsulları idxal edilib.
Amma EIA-nın informasiyasında ABŞ-ın Azərbaycandan hansı neft məhsulları idxal etdiyi açıqlanmır.
Azərbaycan dünya bazarında avtoyanacaq tədarük etmir. Regional bazara yalnız dizel yanacağı satılır. Dünya bazarında SOCAR-ın rəqabət qabiliyyətli neft məhsulu aviakerosindir. ("Turan")
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ