ABŞ İran və Rusiya arasında olan hərbi əməkdaşlıqdan narahatdır

ABŞ İran və Rusiya arasında olan hərbi əməkdaşlıqdan narahatdır
ABŞ Ukraynada istifadə edilən PUA-ları tədarük etməkdə ittiham olunan İranın Rusiya ilə hərbi əməkdaşlığından narahatdır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.

"Mən Rusiyanın ölümcül yardım üçün İrana müraciət etməkdə davam etdiyinə dair məlumatlar görmüşəm. Biz bunun baş verdiyini ilk dəfə deyil ki, müşahidə edirik”, - o bildirib.

Patelin sözlərinə görə, ABŞ münaqişə zamanı Rusiyanın Ukraynaya İran istehsalı olan PUA-larla hücum edərək, mühüm mülki və enerji infrastrukturunu hədəfə almasını izləyib:

"Bu, bizim müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə diqqətlə izləməyə davam etdiyimiz şeydir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az