ABŞ-la İran yenidən üz-üzə

ABŞ-la İran yenidən üz-üzə
Son günlər İranın Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki Amerika gəmilərinə qarşı təxribatların sayını artırıb.
 
"Report” RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nın Yaxın Şərq Komandanlığının rəhbəri general Cozef Votel bildirib.
 
"Bu, bizi çox narahat edir və biz ümidvarıq ki, İran Hərbi Dəniz Qüvvələri daha peşəkar şəkildə davranacaq", - C.Votel brifinqdəki çıxışında deyib.
 
O, eyni zamanda, Amerika Hərbi Dəniz Qüvvələrinin bu şəraitdə peşəkar hərəkətlərini xüsusi vurğulayıb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az