TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib.

Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb.

Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha sonra direktor müavini və baş həkim vəzifələrində çalışıb.

Ülfət Qurbanovun vəzifədən ayrılması TƏBİB-də son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib./gününsəsi.info



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az