Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir

Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir
Bu gün inflyasiya Azərbaycanda nəzarət altında saxlanılan həddədir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əmək bazarında balansı müsbətdir, müqavilə baxımından artım özəl sektorda 50 minin üzərindədir: "Növbəti il inflyasiya proqnozmuz isə 5,3 %-dir. Bu proqnoz qorunarsa, kifayət qədər uğurlu nətiə olar. Bu gün inflyasiya Azərbaycanda nəzarət altında saxlanılan həddədir”.

APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az