72 saatlıq ərzaq xəbərdarlığı buna görədir? - İran nüvə ilə vurulacaq?

72 saatlıq ərzaq xəbərdarlığı buna görədir? - İran nüvə ilə vurulacaq?
İrana qarşı nüvə silahından istifadə ehtimalı ilə bağlı narahatlıqların artması fonunda bir sıra ölkələrdə əhaliyə 72 saatlıq ərzaq və zəruri ləvazimat ehtiyatı toplamaq tövsiyə olunub.

SAVASHMEDİA.az xəbər verir ki,  bu xəbərlərin yayılmasından sonra ABŞ Prezidenti Donald <a href="https://savashmedia.az/72-saatliq-erzaq-xeberdarligi-buna-goredir-iran-nuve-ile-vurulcaq" Trampın İrana mümkün zərbələrlə bağlı açıqlaması diqqət çəkib.
İrana qarşı yeni hərbi addımların atılması ehtimalını istisna etməyən ABŞ Prezidenti bildirib ki, Vaşinqton vəziyyəti qiymətləndirəcək və <a href="https://savashmedia.az/72-saatliq-erzaq-xeberdarligi-buna-goredir-iran-nuve-ile-vurulacaq" target="_blank">ölkənin</a> maraqlarına uyğun hesab etdiyi addımları atacaq.

"Biz vəziyyətə baxacağıq və hər hansı addım atmazdan öncə ölkəmiz üçün ən yaxşı variantın hansı olduğunu araşdırıb qərar verəcəyik”, - Tramp deyib.

Nüvə silahından istifadə ehtimalı ilə bağlı suala cavabında isə ABŞ lideri buna ehtiyac olmadığını bildirib.

"Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Ona görə də buna ehtiyac yoxdur”, - o əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az