Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”

Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”

"Yağış zamanı şəhəri su basması, bu problemin həlli kadr məsələsi ilə əlaqəli deyil. Şəhərsalmada problem var, buna isə birbaşa Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir. Çünki şəhərsalma məhz onun imzasının altından keçir. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Kimlər şəhərdə çoxmərtəbəli binaların tikintisinə imza çəkib, kanalizasiyaları hesablamayıb, onların hamısı cavabdehdir. Həmçinin şəhərdə asfaltlama aparanlar, kanalizasiya çəkənlər məsuliyyət daşıyırlar...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu bildirib ki, aidiyyəti qurumlar şəhərdə kanalizasiyaların çoxunun üzərini bağlayıblar: "Qurumlar yağış zamanı yaranan problemə cavabdehdirlər. Millətin qarşısında cavab verməlidirlər. Hər şeyi Prezidentin üstünə atıblar. Tikirlər, sonra ərizə ilə Prezidentin üstünə gedirlər. Bu məmurlar fikirləşməlidirlər ki, öz işləri nədir... Cənab Prezident hansı işə baxsın? Dövlət məsələlərinə, yoxsa Azərbaycanın təhlükəsizliyinə, qorunmasına, diplomatik məsələlərə? Bir dəfə də nazirlər cavabdeh olsunlar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az