“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT

“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
"Regionlarda bəzi yaşayış binalarının təmir olunmaması, yolların yararsız vəziyyətdə qalması kimi problemlərin mediada işıqlandırılması zamanı maneələrlə üzləşilir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.

"Bəzi evlər var ki, medianın həmin problemləri işıqlandırmasına imkan verilmir. Belə məlumatlar ictimailəşdirilərkən jurnalistlər müəyyən çətinliklərlə üzləşirlər. Bu, yaxşı hal deyil. Problemi gizlətməklə, onu növbəti illərə ötürməklə biz heç nə əldə etmirik”.

Deputat onu da qeyd edib ki, hökumət nümayəndələri regionlara səfərləri zamanı yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən müəyyən etdiyi marşrutdan kənara çıxaraq sakinlərlə görüşməlidir.

"Bu halda hökumət üzvləri yerlərdəki problemləri birbaşa görə bilərlər”,-deyə deputat əlavə edib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az