Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"

Deputatdan “Azəristiliktəchizat

"Azəristiliktəchizat” ASC-nin Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməyəcəyi barədə açıqlaması narazılığa səbəb olub. Bilidirilir ki, borcunu ödəməyən sakinlərə görə binada yaşayan digər sakinlərin istiliksiz qalmaları ədalətli qərar deyil, "Azəristiliktəchizat” ASC alternativ yollar da irəli sürməlidir.

Vətəndaşların şikayətləri ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, "Azəristiliktəchizat” ASC-nin yanaşması tamamilə yanlışdır.

Komitə sədri bildirib ki, qonşusunun istiliyin pulunu ödəməməsi, yaxud imkanının olmaması bina sakinlərinin günahı deyil: "Bu məsələyə bir əncam çəkilməli, alternativ yol tapılmalıdır. Deputatı olduğum Bakıxanov qəsəbəsində də bu problem var və xoşa gələn hal deyil. Hər halda bir yol tapılmalıdır. İstiliyin pulunu ödəməyən sakinə görə digərinin nə günahı var? Günahı budur ki, onunla eyni binada yaşayır? Yanaşma kökündən yanlışdır. Məsələyə daha ciddi yanaşılmalıdır. Bir vətəndaşa görə digər vətəndaşın hüququ pozulmamalıdır. Biz sosializm, yaxud kommunizm prinsipləri ilə yaşamırıq ki!”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az