ABŞ Rusiyaya elə bir "sürpriz" hazırlayır ki... - "Röyters"

ABŞ Rusiyaya elə bir

ABŞ hakimiyyət Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi durumunda "sərt ixrac nəzarəti”nin tətbiqi imkanını nəzərdən keçirir.

Miq.Az xəbər verir ki, bu barədə "Röyters" agentliyi ABŞ Prezidenti Co Baydenin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə smartfon, hava və avtomobil hissələrinin idxalının məhdudlaşdırılması imkanları öyrənilir. Agentliyin məlumatına görə, bu tədbirlər paketi iqtisadi sanksiyalara əlavədir və dekabrın 21-də ABŞ-ın yüksək rütbəli rəsmilərinin görüşündə müzakirə olunub.

Yuxarıda qeyd olunan məhdudiyyətlər Rusiyanın kütləvi istehlakçı və sənaye üçün nəzərdə tutulan genişspektrli texnologiyalara çıxışını əngəlləyə bilər.

Administrasiyadakı mənbə potensial tədbirlərin Rusiya üçün "görünməmiş" olacağını söyləyib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az