ABŞ sistemləri bizə buna görə lazımdır - Zelenski

ABŞ sistemləri bizə buna görə lazımdır - Zelenski

Ukrayna hərbçiləri ABŞ-dan alacağı çoxsaylı buraxılış raket sistemləri ilə Rusiya ərazisinə hücum etmək niyyətində deyil, bu silahdan yalnız rus işğalçılarından müdafiə üçün istifadə edəcəyik.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Kiyevi uzaqmənzilli silahlarla təmin etmək çağırışları Ukrayna ərazisini qorumaq məqsədi daşıyır:

"Mən bilirəm ki, ABŞ-da insanlar və ya Ağ Evdə kimsə deyir ki, biz onlardan Rusiyaya MLRS ilə hücum etmək üçün istifadə edə bilərik. Baxın, biz Rusiyaya hücum etmək fikrində deyilik. Bizi Rusiya maraqlandırmır, biz onların ərazisində döyüşmürük”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az