Ağcabədi sakininin evindən silah-sursat tapıldı

Ağcabədi sakininin evindən silah-sursat tapıldı
Ağcabədi sakininin evindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər.
Evdən 1 ədəd "Makarov”, 1 ədəd "Reck-Cobra” markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az