Məşhur ilahiyyatçıdan “Mehdinin xidmətçiləri”nə: “Dinsiz və şərəfsizlər..."

Məşhur ilahiyyatçıdan “Mehdinin xidmətçiləri”nə: “Dinsiz və şərəfsizlər...

Türkiyənin tanınmış din xadimlərindən olan və qardaş ölkənin dini ictimaiyyəti arasında daha çox "Cübbeli Ahmet Hoca” kimi tanınan Ahmet Mahmut Ünlü Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinə basqını qınayıb.

Publika.az xəbər verir ki, Cübbeli Ahmet Hoca "Mehdinin xidmətçiləri” adlı radikal, dini-ekstremist qruplaşmanın üzvlərini dinsiz adlandırıb.

İlahiyyatçı Ahmet Ünlü bu barədə özünün rəsmi "Tvitter” səhifəsində yazıb:

"Bunlar özlərini nə qədər dindar olaraq tanıtsalar da, dinsizdirlər və şərəfsizdirlər. Duamız və dəstəyimizlə hər zaman Azərbaycan dövlətinin və onun qiymətli xalqının yanındayıq”.

 

Cübbeli Ahmet Hoca "Mehdinin xidmətçiləri”inin Azərbaycan dövlətinə qarşı törətdiyi əməlləri hansı şəraitdə eşitdiyini də vurğulayıb:

"Mübariz (Mənsimov) bəydən aldığım xəbərə görə, Azərbaycanın Londondakı səfirliyinə bir hücum təşkil edilib və Azərbaycan Bayrağı endirilib. Bunu şiddətlə qınayırıq. Din adına bu cür addımların atılması qəbuledilməzdir”.


Qeyd edək ki, avqustun 4-də "Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az