"Açıq-saçıq səhnələrə çəkilmək istəməzdim" - FOTO

Rolla bağlı məhdudiyyətlərim yoxdur, ancaq açıq-saçıq səhnələrə çəkilmək istəməzdim.

Miq.az publika.az-a istinadən xəbər verir ki, müğənni Sevda Yahyayeva həmkarlarının filmlərə çəkilməsinə, özlərini aktyor və aktrisa kimi sınamaq istəməsinə münasibət bildirərkən belə deyib.
 
"Həmkarlarımın çoxu özünü bu sahədə sınayıb. Deyəsən, bir mənimlə Zamiq qalmışıq. Əslində, təkliflər çox olub. Sadəcə, ssenari xoşuma gəlmədi, rol da ürəyimə yatmadı. Mənə uyğun rol olsa, böyük məmnuniyyətlə, qəbul edərəm. Müəyyən çərçivə daxilində rolumun öhdəsindən gələ biləcəyimə inanıram".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az