Azərbaycanın “Avroviziya-2020” də iştirakı rəsmən təsdiqlənib

Azərbaycanın “Avroviziya-2020” də iştirakı rəsmən təsdiqlənib
Gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək "Avroviziya-2020” mahnı müsabiqəsində Azərbaycanın iştirakı qeydə alınıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, müsabiqə 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena”-da keçiriləcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya”-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az