Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA

Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA


Kreml Bakıda Rusiya və Almaniya nümayəndələrinin gizli görüş keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bu barədə məlumatı olmadığını deyib.

"Məndə bu görüş barədə heç bir məlumat yoxdur. Ona görə də sizə deyə biləcəyim nəsə yoxdur", - Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl "The Times" qəzeti iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələrinin qapalı görüş keçirdiyini yazmışdı. Nəşrin iddiasına görə, görüşdə iki ölkə arasında münasibətlər və Ukrayna müharibəsi fonunda yaranmış vəziyyət müzakirə olunub.

Prezident İlham Əliyev də Bakıda belə bir görüşün keçirildiyini təsdiqləyərək bildirib ki, Azərbaycan tərəfi bu barədə əvvəlcədən məlumatlandırılmayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az