“Ağdamda gecəki atışmada iki ev, bir məktəb dağılıb” - İcra başçısı

“Ağdamda gecəki atışmada iki ev, bir məktəb dağılıb” - İcra başçısı
"Bir saat qabaq qarşı tərəf yenə təxribatlarını davam etdirərək ağır artilleriyalardan mövqelərimizi atəşə tutub".

Miq.az  xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

Hazırda nisbi sakitlik olduğunu deyən icra başçısı əlavə edib ki, dünən gecə baş verən atışma nəticəsində Ağdamda iki ev, bir məktəb dağılıb: "Rayonun Sarıcalı kəndində düşən mərmi orta məktəbin bir tərəfini dağıdıb. Həmin kənddə mərmi bir evi də dağıdıb. Başqa bir ev isə rayonun Hacıturalı kəndində dağılıb. Xəsarət alan yoxdur".
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az