Adı bir neçə cinayətdə hallanan şəxslər AzNews.az-a hücum çəkdi.
Veteninfo.az xəbər verir ki, AzNews.az”-ın məkdaşı ölümlə hədələnir. Belə ki, saytda gedən “Rəqsanə bu günə qədər danışmadığı gizli faktları açıqladı” başlıqlı müsahibə qalmaqala səbəb oldu. Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova və adı bir neçə cinayətdə hallanan Fərid və Faiq Azayev qardaşları gözlənilmədən AzNews.az-a hucum çəkdi.
Dəvətsiz gələn “qonaqlar” saytın redaksiyasını səs-küy salıblar və öz əxlaqlarına uyğun təhqiramiz ifadələr səsləndirdiriblər. Hətta müsahibəni hazırlayan Fuad Mədətovu ölümlə təhdid etməkdən belə çəkinməyiblər. Rəhbərlik onları sakitləşməyə, nizam-intizama riayət etməyə dəfələrlə səsləsə də, onlar “yüksək tərbiyə və əxlaqlarını” nümayiş etdirməkdən usanmayıblar.
Redakisyadan onu bildirdilər ki, "Onlar redaksiyanın iş rejimini pozdular, əməkdaşlarımızı isə təxribata çəkməyə çalışdılar. Lakin bütün redaksiya onların bu tərbiyəsizliyinə dözüm nümayiş etdirdi. Onlar isə bu dözümdən sanki bir qədər də qəzəblənir, ayaqlarını döşəməyə bərk-bərk çırparaq, səslərini bir qədər də ucaldırdılar.
Əlacsız qalan F.Mədətov məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, polisdən kömək istədi. Yalnız bundan sonra - polislərin gələcəyini eşidəndən sonra onlar redaksiyanı tələsik tərk etdilər. F.Mədətov isə polislərə məsələ ilə bağlı izahat verdi.
Ümid edirik ki, Nərimanov RPİ "qoçulardan" biri- Fərid Azayevin (özünü Yasamal RPŞ-nın əməkdaşı kimi qələmə verirdi) polis olmasına baxmayaraq, redaksiyamıza hücum edən bu şəxslərlə bağlı bir lazımi ölçü götürəcək.
Qeyd edək ki, Təranə Səmədova redaksiyadan çıxıb Nərimanov Rayon Polis Şöbəsnə şikayət ərizəsi ilə müraciət edərək redaksiyada döyüldüyünü bildirib.
Onu da bildirək ki, T. Səmədova bir neçə dəfə AzNews.az-ın əməkdaşı Fuad Mədətova zəng edərək təhqir edib, göndərdiyi məlumatları saytda yerləşdirməyəcəyi təqdirdə onu öldürtdürəcəyi ilə hədələyib.