ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti ilk öncə 10 oktyabr tarixində qardaş Türkiyənin paytaxtı Ankaradaqanlı terror hadisəsi ilə bağlı müzakirələr aparıb. Müzakirələrdə terror bir daha şiddətlə qınanılaraq bütün dünya terrora qarşı mübarizədə Türkiyənin yanında olmağa çağırılıb. İdarə Heyəti hesab edib ki, Azərbaycan dövləti də terrorla mübarizədə qardaş Türkiyəyə hər cür dəstək verməli və Türkiyənin siyasətini "kopyalamalıdır.”

ADP İdarə Heyəti bir daha terroru şiddətlə qınadığını, dünyanın harasında olursa-olsun dinc insanların zərər görməsini, həyatlarını itirməsini lənətlədiyini bildirərək, baş vermiş faciə ilə bağlı qardaş Türkiyənin kədərinə şərik olduğunu ifadə etməklə Türkiyənin Azərbaycandakı səfirinə başsağlığlı göndərərək faciəli şəkildə həlak olan insanların yaxınlarına və əzizlərinə Allahdan səbr diləyib.

İdarə Heyəti ötən həftə Rusiyanın Xəzər donanmasındakı hərbi gəmilərindən Suriyaya raketlərin atılması məsələsinə də toxunub. Müzakirələrdə Rusiyanın bu addımı xəzəryanı dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdid, Azərbaycan üçün isə real təhlükə olduğu qeyd edilib. Müzakirələrdə həmçinin qeyd edilib ki, regiondakı münaqişədə tərəf olan xarici güclər regiondan çıxmayınca regionun stabilliyindən danışmaq çətin olacaq və xarici müdaxilənin davam etməsi münaqişə gedən dövlətlərə qonşu olan dövlətlərin də təhlükəsizliyini ciddi təhdid edəcək.

İclasda Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoyması qərarı müzakirə edilib. İdarə Heyəti ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan acınacaqlı vəziyyətdən dolayı ölkənin Avropa institutlarından təcrid olunmasına gətirib çıxaracağından narahatlıq ifadə edərək Azərbaycan hökumətini demokratik proseslərin qarşısının alınmasının acı nəticələrini görməyə çağırıb. Eyni zamanda Azərbaycanda yaranmış vəziyyətdə Qərbin və Avropanın demokratiyaya dəstək verməkdə yanlış siyasət yürütdüyü də qeyd edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az