Ağıllı ol, Bülənt Gürcam

Ağıllı ol, Bülənt Gürcam

Sənin yazdıqların özünütəkzibdən başqa bir şey deyil

Diasporaya yol göstermekden, yapacaklarını bir-bir defelerce yazmakdan yorulduk. Cümlə Belçikada yaşayan əslən Ermənistandan olan Bülənt Gürcama aiddir. Adamdan soruşan yoxdur ki, səndən yol göstərmək, anlatmaq xahiş edən olub? Əlbəttə olmayıb. Adam, sən kimsən ki, Azərbaycan dövlətinə, xalqına yol göstərəsən? Bu millət nə zaman Bülənt Gürcamın yol göstərməsinə möhtac oldu?

Önceleri iş yapmadığı üçün tenkit etdiyimiz diaspora komitesi, bu defa işi rezilliye qeder getirib çatdırıb. Bu cümlə də Gürcama aiddir. İş görülmürdüsə bu vaxta qədər Azərbaycanda keçirilən qurultaylara, toplantılara diaspora komitəsinin vəsaiti hesabına niyə gəlirdin? Bir yerdə ki, iş görülmür, iş görən adamın orda nə işi ola bilər? Ya əvvəl iş görülüb – Bülənt Gürcam bunu danır, yaxud o da heç bir iş görmədən Azərbaycan dövlətinin vəsaiti hesabına dəfələrcə Brüsseldən Bakıya gəlib, beş ulduzlu oteldə qalıb, dincəlib. Cümlə özünütəkzibdən başqa bir şey deyil.

Bilmirem bunlara kim bu akılsız akılı verir, kim bunlara yol gösterir, komitenin sedrinin bunlardan xeberi var, ya yox? Bilmirem, bildiyim tek şey var ki, rezaletin bini bir para. Gürcam komitəni guya tənqid edir. Lakin bunlara kimlərin ağıl verdiyindən, komitə sədrinin komitənin işlərindən xəbəri olub-olmadığından xəbərsizdi. Cılız adam, çıxart maskanı. Açıqca yaz, etiraf et ki, komitə sədri haqda tənqid yazmağa hünərim yoxdur, yaza bilmərəm.

 Burdan bir huquqşinas kimi de uyarmayı doğru buluram ki, bu bir suç dur ayni zamanda, yeni Belçika dövleti buna göre, istese Baküye Nota vere biler!!!

Bülənt Gürcam, hansı universitetin hüquq fakültəsini bitirmisən? Dur, men deyim: Sən Elşad Abdullayevin kontorundan pulunu verib diplom almısan. Gəl biz bir sorgu verək, görək nə zaman DTQK- dan (Dövlət Tələbə Qəbulu Komitəsi) qanunlara uyğun olaraq kod almısan? Nə zaman imtahan vermisən? Neçə bal toplayıb hüquq fakültəsinə qəbul olmusan? Diplom işin nə olub? Rəsmi olaraq verəkmi belə bir sorğu? Cavablar bizə bəllidir, bəlkə Avropada da hər kəsə bəlli olsun? Mən filoloqam, hüquqşünas deyiləm, lakin aydın məsələdir ki, Avropa dövlətlərində də saxta sənəd almaq qanunla yasaqdır və müəyyən müddətə həbs ilə cəzalandırıla bilər.

Bülənt Gürcam Azərbaycan xalqına məxsus milyonlarla pulların diaspora komitəsi tərəfindən talan edildiyindən yazır. Adam, sən kimsən bizim pulumuzun hara xərclənməsinin hesabını sorasan? Sən Azərbaycan vətəndaşısanmı? Bu pullardan qanuni olaraq sənə çatacaq qəpik varmı? Yoxdur! O zaman nə haqla hesab sormaq fikrinə düşmüsən? Bu səlahiyyəti sənə kim verdi? Kim səni Azərbaycanın dövlət vəsaitlərinə nəzarətçi təyin etdi? Heç kim. Pul bizimdir, istəyirik aparıb dənizə atırıq. Hesabı həmin vəsaitin sahibləri sora bilər. Ortaya demoqoqiya salıb türklükdən yazmaq istəsən, bu sahəyə heç girmə. Azərbaycan müharibə edərkən Türkiyə Cümhuriyyətindən yüzlərlə qardaşımız bizimlə səngərdə döyüşdülər. Atəşkəs elan olundu, ilkin sərmayə lazım oldu, yenə Türkiyədən qardaşlar paralarını Azərbaycana yatırım olaraq qoydular və sonradan Azərbaycan da öz növbəsində borclu qalmadı. Gürcam, axı Azərbaycanda bunların hansını sən etdin? Heç birini. Odur ki, dilimizdə çox işlənən  “ağıllı ol” deyiminə əməl et və yerində sakit otur. 

Azərbaycanda hakimiyyət var. Müxalifət var. Müxalifət mətbuatı var ki, orda Bülənt Gürcamın min misli ağırlıqda imzası olan insanlar var. Diaspora Komitəsindən tənqid də yazırlar, komitə sədrindən müsahibə də alırlar. Biz kimsəyə cavab verdikmi? Xeyr. Çünki Azərbaycan vətəndaşı olaraq ona məxsus olanlar haqda dövlət yetkililərindən hesab sormaq haqları var. 10 il əvvəl bu işlərə başlayanda bəyan etdik ki, biz Azərbaycan daxilində partiyalar arasında gedən siyasi mübarizədə iştirak etmirik. Etmədik də. Amma, Bülənt Gürcam kimi birisi nə hökumətə müxalif ola bilir, nə iqtidar ola bilir, nə də vətəndaş mövqeyindən hər hansı məsələyə yaxınlaşa bilir. Digər ikisini etməyə hünəri çatmır. Sonuncuya isə mənəvi haqqı yoxdur. Gürcam nə  Azərbaycan Respublikasının vətəndaşıdır, nə də dövlət və millət üçün gördüyü bir iş var ki, millətimiz haqda nə isə deməyə haqaqı olmuş olsun.

Tədbir lazımı qaydada keçirildi. Tədbirin təsiri Bülən Gürcamı bərk narahat etdiyi üçün bu dəfə də yeni bir yazı yazıb. Niyə tədbir Brüsseldə deyil Parisdə keçirilir? Görünür adam tədbirin keçirilməsindən narahat edib. Gürcama üz verən cənablar bu adam artıq daha dərinə getməyə başladı. Bunun istəyincə tədbirin harda keçirilməisini Azərbaycan dövləti deyil bu təsdiq etməlidir. Yüğın ipini.

Qaldı “tədbir niyə Brüsseldə deyil Parisdə keçirildi” sualna net cavab. Bunun da iki cavabı var. Əgər tədbirin nə üçün Parisdə məhz bu gün keçirildiyini anlamamısansa yazmaqla sənə bunu anlatmaq zaman itirməkdən başqa bir şey deyil. İkincisi guya Brüsseldə keçirilsəydi nə edəcəkdin? 2007-ci il fevralın 26-sında Brüseldə möhtəşəm bir tədbir keçirildi.( Bu fakt ANS şirkətlər qrupunun orada apardığı çəkilişlərdə də var.) Sən nə köməklik etdin Bülən Gürcam? Gəldin kənardan baxdın 15 dəqiqə sonra işim var deyib aradan çıxdın. Cənab Gurcam, öz işinlə məşğul ol. Sən millətin işinə qarışma. Sənin sözünə, özünə kimsənin ehtiyacı yoxdur.

Tale Həsənov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az