Akar Azərbaycan xalqına təşəkkür etdi

Akar Azərbaycan xalqına təşəkkür etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.

Publika.az xəbər verir ki, bu barədə nazir Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib.

"Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə - red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə "bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını hörmət və ehtiramla yad edirik”, - Akar qeyd edib.

Müdafiə naziri Türkiyənin başda Şimali Kipr Türk Respublikası (ŞKTR), Azərbaycan və Liviya olmaqla "dost, qardaş və müttəfiqlərinin haqlı davasına dəstəyini” davam etdirdiyini vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az