Akif Rəfiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edildi
Prezident İlham Əliyev A.B.Rəfiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Miq.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Akif Bəşir oğlu Rəfiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".
Miq.az