Alman mediasından böyük iddia: NATO Rusiyaya qarşı 30 minlik ordu yaradır

Alman mediasından böyük iddia: NATO Rusiyaya qarşı 30 minlik ordu yaradır

Almaniyanın "Welt am Sonntag” qəzeti NATO-nun Rusiya əleyhinə 30 minlik ehtiyat ordu yaratdığını iddia edib.

Miq.Az xəbər verir ki, 30 gün ərzində hazır vəziyyətə gələ biləcək bu birlik yüzlərlə hərbi təyyarə və gəmiyə sahib olacaq. Xəbərdə bildirilir ki, birlik NATO-nun 20 minlik "Response Force" qüvvələrinə tamamlayıcı rol funksiyasını yerinə yetirəcək.

Layihədə aparıcı rol Almaniyaya məxsus olacaq. NATO diplomatı 30 minlik hərbi qüvvənin yaradılması barədə bu fikirləri səsləndirib: "Müdafiəyə hazır olduğumuzu göstərmək üçün sürətli olmalıyıq və çox sayda hərbi texnikanı qısa müddətdə daşıya bilməliyik".

Birliyin yaradılması üçün ABŞ təşəbbüs göstərib. Məsələ 7-8 iyunda Brüsseldə keçiriləcək iclasda müzakirə ediləcək. İyulun ortalarında isə layihə ilə bağlı bəyannamənin qəbulu gözlənilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az