Almurad Əliyev Prokrorluqda-Yeniləndi

Almurad Əliyev Prokrorluqda-Yeniləndi

Əbülfəz Elçibəyin zəhərlənməsi iddası ilə bağlı

 "Vətəninfo.az"-a Baş Prokrorluqdakı qaynaqlardan daxil olan məlumata görə, bu gün səhər ssatlarında mərhum eks prezident  Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Bakı Şəhər Prokrorluğuna çağrılıb. Məlumata gərə, böyük bəyin qardaşının prokrorluğa çağırılma səbəbi Ə.Elçibəyin zəhərlənərək öldürülməsi iddaları ilə əlaqədardı.  Məlumata görə, Almurad Əliyevə qardaşının doğrudanda zəhərləndirilərək ölməsi ilə bağlı müstəntiqlər suallar verəcəklər.

-

Xəbər verdiyimiz kimi bu gün mərhum eks prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Bakı Şəhər prokrorluğuna çağrılıb və Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddası ilə  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qaldırdığı iddaya əasasən  dindirilib. Məlumata görə 4 saat dindirmə prosesi aparılıb. Almurad Əliyevin "Vətəninfo.az"-a verdiyi məlumata görə, onu bakı Şəhər prokrorluğunda isti qarşılayıblar və hətta onu kəklikotu çayınada qonaq ediblər.

"Bundan əvvəl dəvət olunanda da hörmət və izzətlə qarşıladılar və təşəkkür edirəm ki, bu şəkildə münasibət göstərdilər. bu gün isə yazılı şəkildə izahat verdim. Təbii ki, bildiyim nə vardısa hamısın danışdım.Qeyd etdim ki, Hafiz Hacıyev olmur qeyri biri tərəfindən qaldırılmış olsaydı da bu məsələ gün üzünə çıxmalıdır.Əgər doğurdan da Əbülfəz Elçibəyin ölm  məsələsində hansısa qaranlıq məqamlar varsa, qoy bu istintaq tərəfindən gün işığına çıxarılsın. Amma bir məsələnidə diqqətə çatdırım ki, mən istintaqda verdiyim izahatda da qeyd etmişəm ki, bəydə belə bir xəstəlik əvvəldən vardı. Amma gərək Türkiyədə ciddi şəkildə, xəstəlik analiz olunmalı idi". A.Əliyev onuda bildirdi ki, doğurdanda Ə.Elçibəyin zəhərlənməsi məsələsi təsdiqlənərsə. bu ölkənin eks prezidentinə qarşı həyata keçirilmiş suiqəst kimi dəyərləndirilməlidir. 

"Vətəninfo.az informasiya şöbəsi"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az