Firma istehlakçıların çaşdırmaqla məşğul olurmuş
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Vətəninfo.az-a verilən məlumatda deyilir ki, təşkilat Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən olunub.
Belə ki, aparılmış yoxlama zamanı firma tərəfindən ayranın uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə dovğa, qatıq, kəsmik, xama və ayran məhsullarının markalanmasında istehsal tarixinin və saxlama müddətinin göstərilmədiyi, pendirin markalanmasında isə istehsal tarixinin və saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkar edilib. Bundan başqa, qatıq və dovğa məhsullarının markalanmasında enerji və qida dəyərinin müəyyən edilmiş normalardan fərqli göstərildiyi müəyyən edilib.
Markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan ümumi çəkisi 435 kq süd məhsulları satışdan çıxarılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib.
Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən “Amal” firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat