"Amalımız olan şeylərə ümid etmirik, İNANIRIQ"-ULUYOL.INFO


ULUYOL.İNFO saytının bir yaşı tamam olur.

Uluyol.info xəbər portalı ötən il 18 oktyabr Milli Müstəqillik günü fəaliyyətə başladı. Bir il ərzində qarşıya qoyduğumuz hədəflərə çata bilməsək də, reklamsız, maliyyə resurslarının məhdud olması səbəbindən onlarla layihələrimiz var ki, yarımçıq qalıb. Eyni adda qəzetin təsisi ilə bağlı bütün prasedur sənədləri Ədliyyə nazirliyinə təqdim etmişik.

Bu gün ölkədə təxmini 3000-ə yaxın onlayn media var ki, buda rəqabəti çətinləşdirir. Sosial şəbəkələrin olması oxucu ilə əlaqəyə asanlıq yaratsa da, daha geniş auditoriyanın mövcudluğu üçün reklam bazarı sağlam olmalıdır. Bu gün problemlərin kökünə gedib, haqqı çatdıran mediya qrumlarına reklam verilməməsi azad rəqabəti aradan qaldıran səbəblərdəndir. Saytın bir il fəaliyyəti zamanı bir neçə dəfə kiber hücuma məruz qaldıq. Gələcək fəaliyyətimizdə rus və ingilis dillərində də xəbər yayımlayacıq.

Niyyətimiz ölkədə və dünyada baş verən hadisələri oxuculara qərəzsiz çatdırmaqdır. Bütöv Azərbaycan amalı ilə yaşayan insanlara tribuna, söz demək imkanları yaradan mediya qrumu olaraq növbəti yaşımızda istədiyimiz, haqq etdiyimiz yeri tutacağımıza inanırıq. Məhz saytın sloqanında deyildiyi kimi, "Amalımız olan şeylərə ümid etmirik, İNANIRIQ"..

Bütün oxucularımızı 18 oktaybr Milli Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edir, xoş xəbərlərlə xidmətinizdə olmağı arzulayırıq./Uluyol.info/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az