AMEA-da tender labirinti: korrupsiya yoxlamalarının aparıldığı deyilir

AMEA-da tender labirinti: korrupsiya yoxlamalarının aparıldığı deyilir

Azərbaycan Milli Elmlər Akdemiyasının (AMEA) İşlər İdarəsində korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparıldığı bildirilir. 

Bu barədə Arqument.az-a AMEA-dakı mənbələr məlumat verilib. 
 
Yoxlamalara səbəb isə son 2 il ərzində akademiyanın nəzdində fəaliyyət göstərən institutların təmiri üçün ayrılan milyonlarla dövlət vəsaitinin təmir adı altında xərclənməsi göstərilir. 
 
Məlumata görə, AMEA-nın İşlər İdarəsinin keçmiş müdiri Fətəli Abdullayev həmkəndlisi və qohumu Nuriyev Əli Lətif oğlunun rəhbərlik etdiyi rəhbəri olduğu "Lətifoğlu" MMC-yə 2017-ci ildən indiyədək dövlət satınalmaları yolu ilə milyonlarla tenderlər verib. 

Bu tenderlərin böyük əksəriyyətinə ayrılan pulların mənimsənildiyi, işlərin isə yarımçıq qaldığı deyilir. 
 
Qeyd edilir ki, "Lətifoğlu" MMC şirkəti 2017-ci ilin oktyabr ayından 2019-cu ilin fevral ayınadək AMEA-nın İşlər İdarəsinin 31 satınalmasının qalibi elan edilib. 
 
AMEA-nın İşlər İdarəsi tərəfindən "Lətifoğlu" MMC-yə ayrılan vəsaitlər isə ümumilikdə 3 milyon manata yaxındır. 
 
Məlumata görə ayrılan vəsaitlər əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların laborotoriyalarının təmiri üzrə silinib. 

"Lətifoğlu" MMC-nin hazırda dövlətə olan vergi borcu isə 52.872 manat təşkil edir.

AMEA-dan yoxlamalarla bağlı suala cavab almaq mümkün olmayıb. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az