AMEA-nın 60 yaşlı direktoru ukraynalı modelin açıq-saçıq fotosunu paylaşdı

AMEA-nın 60 yaşlı direktoru ukraynalı modelin açıq-saçıq fotosunu paylaşdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin Akademiya şəhərciyinin direktoru, 60 yaşlı alim Bayram Babayev özünün sosial şəbəkədəki profilində ukraynalı model Kristina Virkul Marmuşun açıq-saçıq geyimdə olan fotosunu paylaşıb.
"Ölkə.Az"ın məlumatına görə, Bayram Babayev Kiyevdə intim xidmətlər təklif edən tanışlıq qrupunu və sözügedən fotonu "seks” yazaraq öz profilində bölüşüb. 
Azərbaycanlı sosial şəbəkə istifadəçilər isə 60 yaşlı alimi bu hərəkətinə görə onu qınayıblar. 
Xatırladaq ki, Bayram Babayev əmək fəaliyyətinə AMEA-nın Geologiya və Geofizika İnstitutunda başlayaraq laborant, elmi işçi, sonra isə institutun baş mühəndisi vəzifələrində çalışıb. Onun Kiçik Qafqazın Naxçıvan ərazisində yerləşən intruzivləri  (İlanlı dağ, Əlincə, Berdık və sairə) haqqında elmi məqalələri həm respublika, həm də xarici ölkə mətbuatlarında dərc edilib.
Bayram Babayev 2016-cı ilin yanvar ayında AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az