Amerika qüvvələrinə “hazır ol” əmri verildi – Qoşunlar yola çıxır
Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO missiyası çərçivəsində Şərqi Avropa ölkələrində yerləşdirilmiş ABŞ hərbi qüvvələrinə "hazır ol” əmri verilib.
Teleqraf.com xəbər verir ki, Polşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə NATO-nun şərq cinahını gücləndirməyə çağırıb.
"NATO-nun şərq cinahını təcili olaraq gücləndirmək lazımdır. Belə qərarlar indi qəbul edilməlidir", - Polşa hökumətinin sözçüsü Pyotr Müller deyib.
Müller həmçinin qeyd edib ki, Polşanın Ukraynadakı diplomatik nümayəndəlikləri mümkün qədər uzun müddət açıq saxlanılacaq.
ABŞ müdafiə naziri Lloyd Ostin Rusiya-Ukrayna böhranının kəskinləşməsindən sonra Polşaya əlavə 3000 hərbçi göndərilməsi barədə göstəriş verib.
Miq.Az