"Amerika Rusiya rəhbərliyini dəyişdirmək, nüvə arsenalını ələ keçirmək istəyir”
Qarabağ yeni dünya müharibəsinin ortasında
Rusiya yeni riskli addımlara hazırlaşır
ABŞ müdafiə naziri Ceyms Mettis Rusiyanı ABŞ-ın əsas strateji düşməni sayıb.
ABŞ nümayəndələr palatasında 2018-ci ilin müdafiə büdjəsinin müzakirəsinə qatılan Ceyms Mettis bildirib ki, prezident Vladimir Putin Moskva üçün "strateji rəqib" rolu müəyyən edib.
"Hazırda heç bir əlamət görmürəm ki, Putin bizimlə yaxşı münasibət qurmaq isətyir", - deyə Pentaqon başçısı vurğulayıb.
İstiPress-in "BBC”yə istinadən verdiyi xəbərə görə, ABŞ ordusunun birləşmiş qərargahlarının rəhbəri general Cozef Danford isə bildirib ki, hazırda ABŞ üçün beş əsas problemi var - bunlar Rusiya, Çin, İran, Şimali Koreya və ekstremist təşkilatlardır.
Ceyms Mettis - ABŞ müdafiə naziri
Rusiya tərəfi isə ABŞ-ın ölkədə rəhbərliyi dəyişmək niyyətində olduğunu iddia edir. Bu fikri rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Oliver Stounun lentə aldığı və bu günlərdə ABŞ-ın "Showtime” telekanalında nümayiş olunacaq "Putinin müsahibəsi” adlı sənədli filmdə Rusiya prezidenti deyir: "Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”.
Vladimir Putin müsahibədə belə bir niyyətin və siyasətin mövcudluğu mümkün sayır: "Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurar, Rusiyanı özlərinin vassalına çevirməyə can atmazdılar”.
Beləliklə, hər iki tərəfin qarşı-qarşıya gəldiyi Yaxın Şərq bölgəsində toqquşmalar qızışa bilər. Bu hadisələr Cənubi Qafqaz bölgəsinə də yayıla bilər və ABŞ-ın əsas strateji tərəfdaşı Türkiyə də qarışa bilər. Bunun isə istər-istəməz Qarabağ münaqişəsinə təsir ola bilər. Yəni Azərbaycan yeni dünya müharibəsi teatrının ortasına düşə bilər.
Miq.Az