Bütün analara ithaf edirəm
Mənə kömək olub hər addımımda
Elimin öyüdü, xeyir-duası.
Müqəddəs hədistək qalıb yadımda
Anamın mehriban, şirin laylası.
Ruhumla bağlıyam döğma vətənə
Min dərdə dərmandır suyu, havası.
Vətən torpağıtək əzizdir mənə
Anamın mehriban, şirin laylası.
Həyat ötəridir, dünyasa fani,
İmandır insana yalnız qalası.
Azantək imana çağırıb məni
Anamın mehriban, şirin laylası.
Düşür saçlarına dən yavaş-yavaş
Gözəldir saçının ağı, qarası.
Deyirəm əbədi qoy olaydı kaş
Anamın mehriban, şirin laylası.
Günel Novruzlu
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ