Ana müxalifət Qərbə yalvarır - Ərdoğan

Ana müxalifət Qərbə yalvarır - Ərdoğan
Ölkə daxilindəki ana müxalifət özünə nəzarəti itirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

"Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür rüsvayçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az