Andiçmə mərasimi keçirildi-bu dəfə Bayraq Meydanında

Andiçmə mərasimi keçirildi-bu dəfə Bayraq Meydanında

"Veteninfo.az" xəbər verir ki, noyabrın 30-da Dövlət Bayrağı Meydanında DİN-in Polis Akademiyasının I kurs müdavimlərinin  aniiçmə mərasimi keçirilmişdir.  

Ümümmilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olundu və Azərbaycan Respublikasının dövlət himni səsləndi. 

Müdavimlər and içmək üçün tağımlarla sıra meydanında öz yerlərini tutdular və 125 nəfər Polis andını qəbul etdi. 

Əlamətdar hadisə münasibətilə müdavimləri münasibətilə təbrik edən və bu çətin, şərəfli peşədə uğurlar arzulayan rəis, polis general-mayoru Nazim Əliyev bildirdi ki, Daxili İşlər Nazirliyinin qabaqcıl təhsil müəssisələrindən biri kimi öz uğurlu fəaliyyətini davam etdirən Polis Akademiyasında son illər çox böyük işlər görülmüş və bu gün də görülməkdədir. Müdavimlər üçün yeni yataqxananın, əlavə dərs və məşğələ otaqlarının tikilməsi, abadlıq və yaşıllaşdırma işlərinin aparılması sevindirici haldır. Əlbəttə, yaradılmış şərait müdavimlərin yaxşı oxumasına, asudə vaxtlarının səmərəli keçməsinə və ən ümdəsi, gələcəyimiz olan gəncliyimizin sağlam inkişafına yönəlmişdir. Rəis N. Əliyev həmçinin qeyd etdi ki, bu gün Dövlət Bayrağı Meydanında həyatlarının ən xoşbəxt günlərindən birini yaşayan müdavimlərin bu müqəddəs yerdə and içmələri onların yaddaşına əbədi həkk olunacaqdır.

Valideynlər adından çıxış edən Tahirə Allahyarova belə təntənəli mərasimlərdə valideynlərin də iştirakının ənənə halını aldığını vurğuladı və dedi ki, bu gün ölkənin ən aparıcı təhsil ocaqlarından biri olan Polis Akademiyasında təhsil almaq, Akademiyanın müdavimi kimi xoşbəxt bir ad daşımaq qürurvericidir. Peşəkar polis kadrlarının yetişməsi üçün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan və DİN-in şəxsi heyətinin həyatında böyük dəyişikliklərlə yadda qalan müvafiq fərman və sərəncamların verilməsi möhtərəm dövlət başçımızın daxili işlər orqanlarına olan ali diqqət və qayğısının göstəricisidir.  

Polis general-mayoru, Nazim Əliyev müdavimlərə Vətənimiz Azərbaycanın ərazi və suverenliyi uğrunda hər zaman səfərbər olmağı, yaxşı oxumağı, hüququn incəliklərini öyrənməyivə öz xələfləri kimi üçrəngli bayrağımızı ucalara qaldırmağı tövsiyə etdi. 

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatdıqdan sonra müdavimlər Dövlət Bayrağı Meydanının Muzeyi ilə tanış oldular.

Hafiz Təmirov, polis baş leytenantı,DİN Mətbuat Xidmətinin əməkdaşı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az