Artur Rasizadə parlament seçkilərindən danışdı

Artur Rasizadə parlament seçkilərindən danışdı

Bu gün Milli Məclisdə Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, baş nazir bildirib ki, ölkədə iqtisadiyyatın inkişafı ötən ildə də uğurla davam etdirilib:  “Şəhid və müharibə əlillərindən olan 172 ailəyə yeni mənzil, 1443 avtomobil verilib. Məcburi köçkünlərin üçün 6 yeni qəsəbə, 111 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksi salınıb. Bununla da, 4000 ailə yeni mənzillə təmin edilib. Ölkədə yeni yaradılmış müəsissələrin sayı 9000 -ü ötüb. Manat sabitliyini qoruyub saxlayıb. 230-dan artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatı layihələrinə 47 milyon manat vəsait ayrılıb. Əhalinin hər nəfərinə düşən əlvə dəyər 6300 manatı ötüb”.

Baş nazir qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ötən ildə də nəticə verməyib: “Ermənistan növbəti dəfə mövcud status-kvonun saxlanılmasına, münaqişənin həllinin qeyri-müəyyən müddətə uzadılmasına cəhd edib Bunu nəzərə alaraq ölkə prezidenti ölkənin müdafiə qabiliyyətinin artması istiqamətində mühüm addımlar atıb. Bu digər orqanların da diqqət mərkəzində olmalıdır. Silahlı Qüvvələrin Yardım Fonduna toplanan ianələrin artması da orduya göstərilən ümümxalq qayğısının nəticəsidir”.

Artur Rasizadə həmçinin çıxışında qarşıdan gələn V çağırış parlament seçkilərinə də toxunub: “Bu seçkilər ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisə olacaq. Mən növbəti çağırışda da namizədliyini irəli sürəcək deputatlara uğurlar arzulayıram”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az