“Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcək”
Azərbaycanın Baş naziri Artur Rəsizadə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan Baş nazir bu münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat sahəsində böyük perspektivə malik olduğunu söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Rəsizadə məsələnin həllində digər beynəlxalq qurumlarla yanaşı, Avropa İttifaqının da yaxından iştirakının səmərəli olacağına əminliyini bildirib. O, bir daha bəyan edib ki, Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində mümkündür.
Filipp Lefort təmsil etdiyi qurumun region ölkələri, o cümlədən Azərbaycan ilə əməkdaşlığın daim genişləndirilməsində maraqlı olduğunu bildirib. Regiondakı bütün münaqişələrin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayan qonaq Avropa İttifaqının da bu istiqamətdə əlindən gələn köməyi göstərməyə hazır olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
SalamNews
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.