Arutyunyanın şok ifadəsi: Gəncəyə atəş əmrini o verib

Arutyunyanın şok ifadəsi: Gəncəyə atəş əmrini o verib
Qarabağdakı keçmiş separatçı tör-töküntüsünə rəhbərlik etmiş Araik Arutyunyanın Bakıda istintaqa verdiyi iddia edilən ifadəsi yayılıb.

Globalinfo.az "Bez Tormozov” Teleqram kanalına istinadən xəbər verir ki, Arutyunyan "orduya” əmr vermək səlahiyyəti olmadığını deyib:

"Mən kiməm ki, orduya əmr verim? Bütün əmrlər Ermənistanın Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq formal idi, baxış xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar ərazidən atılıb.

Mənim belə bir əmr verməyə səlahiyyətim yox idi. Sərəncamları şəxsən Paşinyan verib. Bundan sonra o, Ermənistanı məsuliyyətdən yayındırmaq üçün efirə çıxmağımı və bütün məsuliyyəti öz üzərimə götürməyimi əmr etdi”.

Qeyd edək ki, hazırda keçmiş separatçı-terrorçu xuntanın digər başçıları kimi, Araik Arutyunyanın da DTX-də istintaqı davam edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az