Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör bu gün İrəvanda mətbuat konfransı keçirib.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, A.Brassör Ermənistan parlamentində yerli mətbuat nümayəndələri ilə görüşüb. AŞ PA prezidenti erməni deputatlarla görüşləri və apardığı müzakirələr barədə danışıb, amma jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
A.Brassör mətbuat konfransına yarım saat gecikib. Jurnalistlərin bununla bağlı suallarına isə belə cavab verib ki, gərgin iş günü keçirib. Bunu deyib və gedib.
A.Brassör yalnız bir suala - uydurma “erməni soyqırımı” barədə suala cavab verib. “Genosid”in 100 illiyi ilə bağlı məsələdən danışan AŞ PA prezidenti XX əsrin əvvəllərində baş vermiş hadisəni “vəhşilik” adlandırıb.
“Bu hadisələrin 100 illiyi ilə bağlı tədbirlər onların yada salınması, həlak olanların xatirəsinə ehtiram bildirilməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması baxımından vacibdir” - deyə A.Brassör bildirib.
AŞ PA prezidenti əlavə edib ki, qurum Qarabağ haqda hesabat hazırlayır: “Burada məqsəd Minsk Qrupu çərçivəsində gedən proseslərə müdaxilə etmək deyil. Əksinə, biz həll yolunun tapılmasına yardım etməyə çalışırıq. Bu zaman tərəfləri narahat edən məsələlər də nəzərə alınmalıdır”.
A.Brassör hesabatın müddəti və məzmunu barədə heç bir əlavə məlumat verməyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB