Aslan İsmayılov: "Ramiz Mehdiyev bütün olanları bilə-bilə edib"

Aslan İsmayılov:

Bir çoxları təəccüblənirlər ki, necə akademik Ramiz Mehdiyev qədər savadlı, hiyləgər adam belə səhv buraxıb. Tamam yanlış yanaşmadır. O, səhv etməyib, bütün olanları bilə-bilə edib, çünki sahiblərinə və öz gücünə əmin idi. Əminəm ki, o, bu dəqiqədə hesab edir ki, baş verənlər hansısa bir anlaşılmazlıqdır, Azərbaycanda kimsə onun əleyhinə gedə bilməz, sahibləri buna yol verməzlər. Rus gəmilərinin Bakıya gəlişi ona şübhə yeri qoymamışdı.

Miq.Az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

Tanınmış vəkil daha sonra buları vurğulayıb:

"R.Mehdiyev yüksək vəzifədən uzaqlaşdırılan kimi demişdim ki, Azərbaycanda yeni bir dövr, yeni yol başlayır. Sadəcə, hamımız bu yolda, Rusiya vassalı olmaqdan uzaqlaşmaq, qanunun aliliyi yolunda bacardığımızı etməli, Dövlətimizin yanında olmalıyıq".
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az