Astarada qəbirlərin başdaşı sındırılıb

Astarada  qəbirlərin başdaşı sındırılıb
Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında 20-dək qəbirin başdaşı sındırılaraq yararsız vəziyyətə salınıb.
 
Bu barədə APA-nın cənub bürosuna kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar. Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra iki nəfər yerli sakini şübhəli şəxs qismində saxlayıblar.
 
Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 




Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az