Astarada ''Ural'' maşınları ilə toy karvanı - VİDEO

Astarada ''Ural'' maşınları ilə toy karvanı - VİDEO
Astarada bəy özünün ''Ural'' yük maşını ilə gəlin gətirib.

Rayonun dağ kəndində toy karvanına bəyin dostları 9 ədəd ağırtonnajlı yük maşını ilə qatılıblar. Bu da maraqlı görüntülərin ortaya çıxmasına səbəb olub.

Yük maşınları gül-çiçək və rəngbərəng tüllərlə bəzədilib, hətta toyu lentə alan operatorun mindiyi "UAZ" maşınına da bəzək vurulub.

Astara rayonunun Tüləgivan kənd sakini Xəzər İsayev özünün sürdüyü və çətin şəraitlərdə istifadə olunan "Ural" yük maşını ilə gəlin gətirmək üçün rayonun Bürzıbənd kəndinə yollanıblar. Bu zaman toy karvanında olan yük maşınları enişli-yoxuşlu, üstəlik palçıqlı yollardan keçib. Oğlan evindən gedənlər də elə bu yük maşınlarında olublar. Yol boyu musiqilər səslənib, səs siqnallarından istifadə olunub.

Qeyri-adi toy karvanı ətrafdakıların da diqqətini çəkib. Bu görüntüləri "Xəzər Xəbər"in votsap nömrəsinə göndərən bəyin dostları bildiriblər ki, maraqlı anları sakinlər telefonlarına da çəkiblər.


Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az