ATV-nin reportajlarına nə oldu? - Video

ATV-nin reportajlarına nə oldu? - Video

"Dünənki yağış getsin gəlməsin. Bu mənzərəyə başqa ad vermək olmur. Dünənki yağış aydınlıqdan başqa hər şey gətirdi. Həyətdə qalıb çıxa bilməyənlər də oldu. Köməyə xilasedicilər gəldi. Elə ATV də onlarla birgə prosesi lentə alıb”.

"Qafqazinfo” A24.az-a istinadən bildirir ki, ATV kanalının xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib.

Aparıcı növbəti məlumatı oxumağa davam edib, bu süjet də texniki qüsur səbəbindən efirə "həsrət qalıb”.

Aparıcı tamaşaçılardan üzr istəyərək növbəti reportajı təqdim edəcəklərini söz verib və sıradakı məlumatı oxumağa başlayıb.

Bu reportajın təqdim edilməsində də problem yaranıb. Zığ ərazisində yaranan sürüşmə haqda məlumatın reportajı da "tilsim”ə düşərək efirə gedə bilməyib.

Xarici xəbərlər isə yarımçıq qalıb və onu vaxtsız reklam əvəz edib. 
[video=http:// ]
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az