"Avropa ölkələrində islamofobiya adi hala çevrilib"

"Bizə demokratiya dərsi keçənlərin özlərində demokratiyadan əsər-əlamət yoxdur”
"Müsəlman miqrantların Avropa ölkələrinə qəbul edilməməsi, xüsusilə də Slavakiyanın açıq şəkildə belə bir mövqedən çıxış etməsi islam dünyasına, islam dininə sitayiş edən insanlara qarşı olan münasibətlərinin növbəti nümunəsidir”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, özünü demokratiyanın beşiyi adlandıran Avropa getdikcə miqrantlara qarşı daha sərt mövqe sərgiləməyə başlayıb: "Son illər Avropada islamofobiya özünü büruzə verməkdədir. Bizə demokratiya dərsi keçənlərin özlərində demokratiyadan əsər-əlamət yoxdur. Avropa ölkələrinin təxminən yarıdan çoxu müsəlman miqrantların əleyhinədir. Günü-gündən Avropada rasizm, miliyyətçi və anti-semitizm kimi qüsurlu düşüncəli insanların sayı artmaqdadır. Amma Azərbaycanda dini tolerantlıq mövcuddur. Bütün dinlərə eyni münasibət göstərilir, hörmət qoyulur. Milli və dini tərkibinin müxtəlifliyi ilə seçilən Azərbaycan ölkə vətəndaşlarının bir-birilərinə olan münasibətinə, milli və etnik mənsubiyyətindən asıllı olmayaraq dövlətin vətəndaşlarına olan münasibətinə görə bir çox ölkələrdən fərqlənir. Buna baxmayaraq Qərb, Avropa ölkələri ölkəmizə qarşı elə iddialar səsləndirirlər ki, bunun da adı yalnız ikili standart, qərəzçilkdir. Bəzən Avropa insan hüquq və azadlıqlarından o qədər ağız dolusu danışır ki, sanki daxillərində bu sferada vəziyyət yüksək səviyyədədir. Amma reallıq tamamilə başqa şey deyir”.
Aydın Hüseynov həmçinin onu da vurğulayıb ki, Avropanın bir sıra ölkələrində ksenofobiya, islamofobiya adi hala çevrilib: "Bu baxımdan da bu ölkələrin müsəlman miqrantlara qarşı bu cür rəftarları heç də qeyri-adi qarşılanmamalıdır. Bu onların əsl simalarıdır”.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az