Avropa məhkəməsi Azərbaycanla bağlı şok qərar...

Avropa məhkəməsi Azərbaycanla bağlı şok qərar...

Bu qurumdakı nümayəndəmiz və nazir müavini haqqında şikayət icraata götürüldü

Avropa Məhkəməsi Azərbaycanın bu qurumdakı nümayəndəsi Çingiz Əsgərov və ədliyyə nazirinin müavini Vilayət Zahirov haqda şikayəti icraata qəbul edib. 

Veteninfo.az-ın Musavat.coma istinadla verdiyi xəbərə görə, nümayəndə ilə nazir müavinindən bu ali məhkəmə instansiyasına şikayət edən Bakı şəhər sakini Oqtay Rəhimovdur.  O.Rəhimov yerli məhkəmələrə müraciət edərkən şikayətini belə əsaslandırıb ki, bu şəxslər Avropa Məhkəməsinə onun işi üzrə yalan məlumat veriblər, ona böhtan atıblar: “2007-ci ilin fevralında Avropa Məhkəməsində olan işimlə bağlı Azərbaycana sorğu gəldi. Bundan sonra Çingiz Əsgərov vəkilimlə məni yanına çağırdı. Çingiz Əsgərov dedi ki, sənə əsas borc - 32 min manat ödənilir, kompensasiya məsələsinə isə baxılacaq. 2010-cu ilin fevralında məhkəmənin qərarını alıb tanış olanda bildim ki, Vilayət Zahirovla Çingiz Əsgərov məhkəməyə yalan məlumatlar veriblər. Yalanı təsdiqləyən sənədi Avropa Məhkəməsinə göndərdim. Amma bu sənəd məhkəməyə çatmadı. Bunu İngiltərənin Avropa Məhkəməsindəki nümayəndəsi Lüsi Klariçdən öyrəndim. Hazırda mən Almaniyanın Münhen şəhərində yaşayan vəkillə razılığa gəlmişəm”. 

O.Rəhimov Avropa Məhkəməsinə işi üzrə yalan ifadə göndərilməsinin detallarını belə izah etmişdi: “Avropa Məhkəməsinə İqtisad Məhkəməsinin qərarının icra olunmamasının səbəbi kimi kooperativimin hesabının bağlı olmasına dair arayış təqdim olunub. Əslində isə belə deyil. Hesabım açıq olub. Təhsil Nazirliyinin şöbələri pulumu bilərəkdən ödəməyiblər. Bundan başqa, İqtisad Məhkəməsi bağlanan hesaba pul köçürülməsi barədə qərar çıxara bilməzdi. Hesaba yerli məhkəmələrin qərarından 3 il sonra - 2003-cü ildə -VÖEN və bank hesabları dəyişilən zaman blok qoyulub, amma bağlanmayıb. Bu informasiyanı Avropa Məhkəməsinə təqdim etməklə Azərbaycan hakimiyyəti yerli məhkəmə sistemini də ”ayağa verdi". Belə çıxır ki, İqtisad Məhkəməsi bağlanan hesaba pul köçürülməsi barədə qərar çıxarıb?!"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az