Çavuşoğlu Ermənistanın sərhəddə təxribatına münasibət bildirib: “Azərbaycan tək deyil”

Çavuşoğlu Ermənistanın sərhəddə təxribatına münasibət bildirib: “Azərbaycan tək deyil”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə münasibət bildirib.

Türkiyə XİN rəhbəri bəhreynli həmkarı ilə mətbuat konfransında APA-nın Ankara müxbirinin sualına cavab olaraq deyib ki, Azərbaycan təxminən 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını əks-həmlə əməliyyatı ilə 44 günə azad edib.

"Azərbaycan öz qətiyyətini, türkün gücünü göstərdi. Biz əvvəl də demişdik, indi də deyirik: Azərbaycan tək deyil, tək olmayacaq. Çünki Azərbaycan heç vaxt bizi tək qoymayıb. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyirəm”, – Türkiyə XİN rəhbəri vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az