«Vahid namzədin referendum yolu ilə müəyyənləşdirilməsi kimi absurd ideya prezidentlik iddiasında olan Əli Kərimlinin hansı təfəkkürə malik olduğunu göstərir. Təsəvvür edin, radikal müxalifət liderləri açıqlamalarında böyük elektorata sahib olduqlarını bildirirlər. Amma Əli Kərimli isə sadəcə 50 min nəfər müxalifət elektoratı arasında vahid naizədin müəyyənləşdirilməsi təklifini irəli sürür. Bu açqlama ilə müxadifətin hansı durumda olması bir daha ortaya qoyulur. Hətta 50 min nəfər şişirdilmiş rəqəmdir. Bu rəqəmi ən azı 10 dəfə kiçiltmək lazımdır». Bu fikirləri «Veteninfo.az»a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü Aydın Hüseynov səsləndirib. Onun sözlərinə görə, bütün proseslər göstərir ki, radikal müxalifətin, konkret olaraq Əli Kərimlinin düşündürən milli və dövlətçilik maraqları deyil, onun korporativ maraqlarıdır: «Vahid namizəd məsələsini belə referendum yolu iə həll etmək qədər dayaz düşüncəli olan şəxslərin prezidentliyə iddialı olması sadəcə gülüncdür. Müxalifət liderləri çoxdandır ki, seçkilərdə vahid namizədlə çıxış etmələrini müzakirə edirlər, amma hələ də ortaq məxrəcə gələ bilməyiblər. Əksinə vahid namizəd məsələsi müxalifət arasında intriqaları daha da dərinləşdirib. Bu situasiya nədənsə mənim yadıma 1991-92-ci illərdəki hərc mərclik dövrünü salır. Sabah ölkəyə rəhbərlik etmək istəyən adamlar adi bir məsələnin də həllini referendumda görürlər. Əgər, onlar hakimiyyətdə olsalar ölkə əhəmiyyətli məsələlərin həll edilməsi üçün nə qədər referenduma ehtiyac olacaq? Belə çıxır ki, onda bütün məsələləri xalq həll edcək. Bunlar da sadəcə ölkəyə «rəhbərlik» edəcəklər. Bax bu, düşüncə tərzidir onları xalqdan təcrid edən. Yenə də şəxsi maraqlar, ambisiyalar hər şeydən öndə gəlir. Bunu da xalq çox yaxşı dərk edir. Nəticə də göz qabağındadır».