Aydınsız Hərəkat Ölümə Məhkumdur! - Rza Talibi

Aydınsız Hərəkat Ölümə Məhkumdur! - Rza Talibi

Güney Azərbaycan ortamında fikirsəl yaşamın boyutları çoxdur, Aydın neçə trəfdən saldırıdadır, fars kültürü, islam kültürü, Anadolu kültürü, Rus kültürü,.......

Məşrutədən buyana, talbuf və axunzadədən sonra, umumiyətlə milli aydın yaranmamışdır, yarandıysa çox yüksək səviyədə olmamışdır, əyri oturub düz danışsaq, Güney Azərbaycanda yüksək səviyəlı siyasi aydın olmamışdır, bu bu anlama gəlməz ki xalqımı ya aydınları küçümsürəm, əslan belə deyil, bu sadəcə özümü eləşdirmək və toxunmaq analmındadır, ilk öncə özümə toxunub sonra düşmənin dahilərı və aydınları və hətta siyasətçilərı belə etdi, elə etdi, ondan danışmalıyıq.

Rosonun Dediyi Kimi Heç kimsə diyəmməz mən siyasi bir insan deyiləm, hamı siyasidilər və əgər bu kütlə içində yaşayırlar siyasi olmaya məcburdular, əgər indiyə qədər düzgün bir milli aydın yaratmamışıq onu suçu nə farsda nə kürddə nə rusdadır, onun əsas probleminin özümmüzdə axtarmalıyıq.

Siyasallaşmamış bir ictimada gözldəyiniz ən parlaq şey aydinsizlık ya aydını dışlamaq və yox etmək məsələsidir. Fiyuzat Qızıl devranindan sonra, indiyə qədər milli məsələ üzərində Azərbaycanda önəmli bir fəaliyər olmayıbdır, o dönəmdəki islam-türk səntezi bəlkə aydının yardımcısı olub ta xalq və orta fikir kütlə arasında yerini açsın, amma təəssüflə indiki durmu o zamanla qiyasladığımız zaman , his edirik ki çox gəriyə qalmışıq, ya dünya irəliyə axır biz yerimizdə durmuşuq!

Amma nə başqa millət tapa bilərik nə başqa bir insana dönə bilərik, Rəhmətlik Əbəlfəz Elçibəyin dediyi kimi uzaydan bir millət tapıb gətirə biləmmərik ki budur bu millət! Elə onun ardından Rəhmətlik Qurban olan aydınlarımızdan birisi Cəlil Məmməd Quluzadə İnna Lillah Və İnna Eliyhi Raciyun Öyküsündə Deyir ki: Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın. Yəni sonunda hara getsək bu millət və onun belə taverlarilə çalşmaq məcburiyətindəyik, amma buda bu anlama gəlməz ki milləti elə bu şəkildə qəbul edib və başqa bir iş görmiyək.

Amma Məsələni dahca artıq uzaltmıram, başqa yerə yorulmasın, biraz çərçivəni kiçik götürüb və aydınsızlıq məsələsini Azərbaycanın Güneydə Olan Problemlərini vurqulamaq istəyirəm, Güney Azərbaycan milliləşmə prasesinin əngəlidə aydındır, edənidə aydındır, Rəsulzadə, Talbuf, Axunzadə, nə qədər liberal bir düşüncəyə sahib olub və bu düşüncəni milli məsələyilə qatıb və ortaya qoymağları Açıq Və Aydındır, Amma bu prasesin davamında güneydəki aydınlar milli məsələdən uzaq liberarism və komonizmi ortaya sərgiləyiblər, seyyid cəfər pişəvərinin dönəmində təkçə neçə milli insan seyidlə bərabər Azərbaycan məsələsinə önəm verirdilər və sonunda Azərbaycan milli demokrat hökümətinin yıxılmasıda sadəcə rusun dalıya çəkilməsi və şahın ordusunun gücü deyildi, seyidin arxasının boşalması və milli məsələdə sosyalizmi bilmədən qabarmasıydır, buna gərçəkci baxmağımız lazım pişəvərinin verdiyi əməyi unudmamalıyıq, amma hökümətin yayın orqanlarında və başqa yerlərdə irançılık düşüncələridə unudmamalıyıq, o dönəmdən buyana ki çoxlu aydınımız sola maraqlı olub və sonra çoxu qurban gedib və şəhid olurlar, çoxuda mir cəfər baqirov dolaysilə quzeydə şəhid olurlar, pişəvəri rəhmətlikdə onlardanıydir. Bu məsələ göstərir ki milli aydınlarımız siyasal meydanda oyun oynamağı başarmırlar, o stalin ki qəvam səltənənin siqaretin alışdırır, milli hökümətin arxasını təbrizdə boş qoyub və onları şimal neftinə qurban verir. Baxdığımız zaman görürü ki önəmli məsələ yəni cəhalət o zaman millətin içində qaynayır, pişəvərlərin çoxunu milliət məscidlərdə yandırır, zülfəqarilər və hacı səttarlar kimi insanların başçılığilə minlərcə Azərbaycanlı azərbaycanlı əlilə qətlə yetirilir.

Nəysə, burda həm suç bizim aydındadır ki kütləni oyandırammamış həmdə kütlədə, aydınımız başarammamış ki özünə aid, öz xalqına aid, öz millətinin problemlərinə aid bir düşncə yaratsın və təəssüflə hər zaman çalışıbdır ki başqa ideaların dalısıca getsin və hətta ondan daha aşırı, Farslara və Ruslara xidmət edibdir.Hal Niyə Belə Olmuş? Niyə Aydınlar Hər zaman milli və Azərbaycan vətən məsələsindən uzaq gəziblər, türk –islam səntezi gəlirkən, həsən bəy zərdabi, əli bəy hüseynzadə və gaspirillinin düşündüyü məsələlərə niyə güneydə və hətta quzeydə yanaşmaq olmamışdır?

Güneydə yüzlərcə aydın, Ərani, Tağızadə Kimi şəxslər təkcə fars yönətim qoluna sığınmamış bəlkə aşırı dərəcədə Azərbaycan məsələsində asimilasion və ona qarşı çabalarda görünmüşlər.Bunların hamısı bundana sılıdır ki təəssüflə pişəvəridən sonra bir qopuğluq oldu, aydınların çoxu üzə çıxıb sonra qurban getdilər və böyük bir fikir boşluğu yarandı, bu məsələdən sonra oratda qalan sadəcə kəsrəvi və ərani kimi insanların əsərlərı oldu, və rahatcasına iran rejimin uyğuladığı elinasionda böyük bir rol oyandı.

Bu məsələrə qarşı gələn aydın, bilimsəl olaraq çalışmadı, duyğulara sapanaraq, demokratiya və liberal baxışın yaymasının yerinə, aşırı dərəcədə nəfrət və radikal düşüncələri yaydı, hakimiyətdə bunu istədiyi üçün onun önündə susqun qaldı və istiyərək onun inkişafına yardım etdi. Aydın milli düşüncəni önəmsəməmək yerinə, səbəb olu başqa bir kütlə oluşsun ki özlərini aydın adlandırsınlar, çünkü milli kütlənin içindən bütün aydınlar moda olmuş farsçılıq, komonizm düşüncələrə sığındırar, kütlə özü əngəlli bir aydın kəsim yaratdı, bu yaradılışın həm zərəri oldu həm faydası, bir yandan millətdə milli məsələləri gündəm gətirdi və millətin maraqı çəkdi, bir yandan səbəb oldu ki aşırı dərəcədə lümpən ədəbiyat və düşüncələr ortaya gəlib və dahaca artıq bəslənsinlər.

Bu Prases davam etmiş, lümpənizm farsdan bir şey, rusdan bir şey, kürddən bir şey, islamdan bir şeylərı almışdır və kampleks bir idea ki zatən onada idea da demək olmaz ortaya sərgiləmişdir. Farslaraın şovonimli taverlarana görə faşistliyi, kürdlərin aşırı dərəcədə türk düşmənliyi orda etmələrinə görə və çoxlu soyqrımlra törəddiklərinə asılararq, anti human bir yumuşaq taver, və islamın təmsilçisi olaraq iran faşist rejiminə qarşı aşırı dərəcədən ateistliyi uyğulamışlar. Bu kampleks düşüncə getdikcə bilimdən boş və sadəcə aksiya və görünütüyə dayanaraq , hayata davam etmişdir. Yazıq bizim aydınımızada ona qarşı gəlməkdən qorxu yaşayıbdır, çünkü o qədər bu lümpən düşüncə gəlişdi ki daha önünü almak imkansız hala gəlmişdir. Dahaca Güney Azərbaycanın milli hərəkətini təmsil edən şəxslər və aydınlar bu düşüncənin peşinə düşüb və nilləti duyğu, tarix və görüntü və ehsasla idarə və yönəltməyə çalışırlar. Bilimsəl aydınlarda bu ortamdan qaçmaq üçün və hərəkətin manifesto və ideologiya boşluğunu gördükləri üçn ya buna təpki göstərib ya başqa bir ideologiyaya sığınacağlar. Zatən bu kəsim yəni Aydın görünən , Ata Baba mülkünü milli həkətdə görünlərdə düzgün düşüncə və aydının gəlməsini qınayıb və istəmirlər. Burda durub və gəri cümlələrə baxarkən görürük ki necə çəlişgili və pis bir ortamda mübarizə aparırıq, Bir yandan bu milləti atmaq olmur, bir yandan dəyişmir və eləbil qacarlardan buyana sadəcə köynəklərı dəyişmiş, bir yandan millətin çoxu bu türlü davranışla görə baxışı və hətta düşüncəsi milli hərəkata dəyişibdir, lümpənizm və siyasal masturabasion hərəkatı öyrəncilər və aydınları uzaqlaşdırıb və öz duyğusal və radikal çevrəsini oluşdurmuş,buna qarşı gəlməkdə sadəcə məhdud bir zamanda olmaz, çox çətində olsa buna qarşı gəlirməzsə çox pis yerə və batanaqa gedirik. Güney Azərbaycanda aydinsizlik milli hərəkətin ən təməl məsələrindədir, indiyə qədər düzgün araşdırma, düzgün milli mübarizə yöntəmlərinə projə verilməmişdir , bu hardan qaynaqlanır birinci aydin dediyimizlər aydın deyillər, iki milli hərəkətin manifestosuz və axsaq bir ideologiyaya söykənməsidir, bu o anlama gəlmir ki əsas düşüncə yəni Güney azərbaycanın müstəqilliyində sorun var, yox bəlkə onun imaji və dəyərləndirməsi səbəb olmuş səhv bir görüntü ortaya çıxsın və hətta demək olar çıxmasın, hətta bu məsələdədə problemlər yaşıyırıq, Azərbaycan ya iran, azərbaycan türklərı ya iranda yaşıyan türklər, azərilər ya az türklər , hələ və hələ bu məsələlərlə məşuluk və hakimiyətdə bunu istəyir, çünük normlada belə bir şeylərə, tarixə dalmaqla, başqa millətlər aşırı dərəcədə həqarətlələ məşqul olmak , bunlar hamısı bizi haqsız duruma salır və təəssüflə ortada olan aydın adlanan insanlarda buna dəstək verillər və hətta ona qarşı gələmməzlər çünkü o qədər bu məsələni ortaya atıblar ki yayqınlaşıb və ona qarşı gələmək bəzən təhlükəli olur.Bunların çözülməsi, sadəcə bir düzgün, ağıllı, liberal, milliyətçi ki insana və vətənə ən ağır dəyərlərı verib və şübhəsiz vətən özgürlüyün istəyir ortaya gəlmələridir. Yavaş yavaş, balın süzdüyü kimi bu məsələni çözməklərı lazımdır, yoxsa yenidə başqa ideologiyalara söykənib, qonşu ümidinə qalacaqsa, gənədə qurban gedəcəyik, çox gecikmişik çünkü dünya bizi tanımıya məcbur deyil, biz özümüz düzgün onlara tanıtdırmalıyıq, düzgün aydınlara və düşncələrə sahib çıxmaq və lümpənlərə və orta oyuncaqlara meydan verməməkdir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az