Azər Qaraşovu oğlu öldürübmüş

Azər Qaraşovu oğlu öldürübmüş

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Miq.Az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az